Hərbi attaşelər Xocavəndin Edilli kəndində olublar

Hərbi attaşelər Xocavəndin Edilli kəndində olublar

6 Oktyabr, 14:12 Sosial mediada paylaşın:

Azərbaycandakı xarici diplomatik korpusun akkreditə olunmuş hərbi attaşeləri Xocavənd rayonun Edilli kəndində olublar.

Müvafiq dövlət qurumlarının əməkdaşları kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov 12 nəfər azərbaycanlı hərbçinin qeyri-insani formada kutləvi şəkildə dəfn olunduğunu deyib.

Bildirilib ki, skeletlerin hər biri ayrı-ayrılıqda müayinə olunacaq. Ekspertizadan sonra şəxslərin hansı növ zorakılığa məruz qalması müəyyən ediləcək.

CANLI YAYIM