54 gün mühasirədə qalmış azərbaycanlılar barədə film: “Parabüzən”in təqdimatı olub

54 gün mühasirədə qalmış azərbaycanlılar barədə film: “Parabüzən”in təqdimatı olub

29 Oktyabr, 16:59 Sosial mediada paylaşın:

Birinci Qarabağ müharibəsi zamanı Laçın və Kəlbəcərdə 54 gün mühasirədə qalan 19 Azərbaycan vətəndaşının başına gələn hadisələr haqqında film çəkilib.

“Parabüzən” qısametrajlı filmində Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki vətəndaşlara qarşı törətdiyi soyqırımı və terror aktı əksini tapıb.

Filmin qəhrəmanları 30 il əvvəl baş verən faciənin iştirakçılarıdır. Birinci Qarabağ müharibəsi zamanı Laçın və Kəlbəcərdə ermənilərin törətdiyi vəhşiliklərin şahidi olublar. 1993-cü il martın 31-dən mayın 23-dək mühasirədə qalıblar. Başlarına gələn müsibəti, orada yaşadıqlarını filmdə canladırıblar. Həm də artıq işğaldan azad olunan həmin torpaqlarda.

Eyni mövzulu film bundan əvvəl bir dəfə də çəkilib, lakin o zaman həmin ərazilərimiz işğalda olub.

Çəkilişlər Kəlbəcərin Çərkənd, Laçının Oğuldərə və Güləbird kəndində aparılıb. Film Azərbaycan Televiziyasında nümayiş olunub.

 

CANLI YAYIM