Koreya yarımadasında gərginlik səngimir. Şimali Koreya növbəti dəfə raket sınağı həyata keçirib.
“Rönhap” agentliyinin məlumatına görə, 3 ballistik raket atılıb. Onlardan biri - uzaqmənzilli raket Sakit okeana, Yaponiyadan təxminən 1100 km şərqə düşüb. Raket buraxılışları ilə əlaqədar Yaponiya hökuməti ölkənin mərkəzi hissəsində yaşayan sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Xatırladaq ki, noyabrın 2-də Pxenyan Yapon dənizi istiqamətində 23 raket buraxıb. Onlardan biri faktiki dəniz sərhədini keçərək Cənubi Koreyanın ərazi suları yaxınlığında düşüb.