Azərbaycanda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:41-də Bərdə stansiyasından 9 kilometr cənub-qərbdə, Ağdam rayonunda, 3,5 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib. Təbii hadisə hiss olunmayıb.