Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə AzTV-də ağacəkmə aksiyası keçirilib

Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə AzTV-də ağacəkmə aksiyası keçirilib

6 Noyabr, 13:32 Sosial mediada paylaşın:

6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür. Azərbaycan Televiziyasının təşəbbüsü ilə bu münasibətlə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasından əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət edib. AzTV əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar. Eləcə də görkəmli oftalmoloq-alim, tanınmış akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb.

Ardınca teleradio heyəti Şəhidlər xiyabanına üz tutub. Burada Vətənin azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmətlə anılıb.

Daha sonra AzTV-də şəhid jurnalistlərin xatirəsinə yaradılmış memorial abidə kompleksi ziyarət olunub və ağacəkmə aksiyasına start verilib. Aksiya çərçivəsində "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binasının həyətində ayrılmış xüsusi ərazidə 100 ədəd müxtəlif növ meyvə ağacı əkilib.

CANLI YAYIM