AzTV sədri Rövşən Məmmədov veteran televiziya və radio işçiləri ilə görüşüb

AzTV sədri Rövşən Məmmədov veteran televiziya və radio işçiləri ilə görüşüb

6 Noyabr, 17:01 Sosial mediada paylaşın:

6 noyabr Azərbaycanda Televiziya və Radio Günü kimi qeyd olunur. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov bu münasibətlə veteran televiziya və radio işçiləri ilə görüşüb.

Görüş zamanı Rövşən Məmmədov illərini televiziya və radioya həsr etmiş təcrübə sahiblərinin Azərbaycanda teleradio ənənələrinin formalaşmasındakı danılmaz rolunu xüsusi vurğulayıb. AzTV sədri ölkəmizdə peşəkar yeni media nəslinin yaranmasında veteranların roluna diqqət çəkib, onlara bu sahənin inkişafına verdikləri töhfələrə görə təşəkkürünü bildirib.

Sonda AzTV adından televiziya və radiomuzun qocaman peşəkarlarına hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

CANLI YAYIM