8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Livan səmasında Azərbaycan bayrağı dalğalanıb.
Paraşütlə Beyrut səmasına yüksələn Livan vətəndaşı Vassim Sebaali Azərbaycanın dövlət bayrağını dalğalandırıb. Paraşütçü bildirib ki, o, Azərbaycanın zəfərinə sevinir və bu əlamətdar bayram günlərində xalqımızla həmrəyliyini nümayiş etdirir.
Livanda noyabrın 8-də Zəfər Günü bayramı çərçivəsində İkinci Qarabağ müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin də açılışı olub.