İstanbulun Beyoğlu rayonunda baş verən partlayış nəticəsində ilkin məlumata əsasən, dörd nəfər ölüb, 38 yaralı var.
Bu barədə İstanbul valisi Ali Yerlikaya açıqlama verib. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıblar. Hadisədən sonra İstiqlal prospekti boşaldılıb, Taksim məscidi müvəqqəti bağlanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bölgə helikopterlərlə nəzarətə alınıb.