Cümhuriyyət dövründə “Azərbaycan” qəzeti hansı mövzulardan yazırdı? – AzTV-də unikal layihə

Cümhuriyyət dövründə “Azərbaycan” qəzeti hansı mövzulardan yazırdı? – AzTV-də unikal layihə

9 Dekabr, 12:57 Sosial mediada paylaşın:

AzTV Cümhuriyyət dövründə nəşr olunan “Azərbaycan” qəzetinin buraxılışlarına həsr olunmuş videoçarxlar hazırlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycan Radiosunun layihəsinin ekran həllinin ilk videoçarxı qəzetin 15 noyabr 1918-ci ildəki fövqəladə buraxılışına həsr olunub.

Ekran işinin hazırlanmasında məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin hansı mövzuları işıqlandırdığına nəzər salmaqdır. Bu layihə qəzetin iki illik fəaliyyəti dövründəki buraxılışlarının hər birini əhatə edəcək.

Layihənin ideya müəllifi Rafiq Həşimov, redaktoru Xuraman Həsənova, musiqi tərtibatçısı Anar Məmmədov, bəstəkarı Azər Hacıəsgərlidir, qrafik dizayn isə “AzTV dizayn” qrupuna məxsusdur.

Qeyd edək ki, “Azərbaycan” qəzetinin ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü görüb. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1920-ci ildə nəşrini dayandırıb.

CANLI YAYIM