Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib

Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib

22 Dekabr, 13:11 Sosial mediada paylaşın:

Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin olunub.

Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

CANLI YAYIM