AzTV-də İrəvandan eksklüziv kadrlar - Gizli faktlar aşkara çıxarılacaq

AzTV-də İrəvandan eksklüziv kadrlar - Gizli faktlar aşkara çıxarılacaq

22 Fevral, 17:23 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası Qərbi Azərbaycandan yeni görüntülər əldə edib.

İrəvandakı qədim Azərbaycan məhəlləsi olan Təpəbaşı, qala divarlarının sonuncu qalıqları, Zəngi çayı üzərindəki körpü və digər yerlərdən eksklüziv kadrlar “AzTV Xəbər”də nümayiş olunacaq.

Azərbaycanlıların İrəvandan deportasiya olunmasından sonra ermənilər oradakı Azərbaycan irsinin məqsədli şəkildə silinməsi üçün hər cür yola əl atırlar. Həmin ərazidə tarixi abidələrin, evlərin, ümumiyyətlə, həmin ərazidə azərbaycanlılara məxsus hər bir detalın ermənilər tərəfdən məhv edilməsi “AzTV Xəbər”in axşam buraxılışında eksklüziv olaraq göstəriləcək.

Erməni vandallığının iç üzünü aşkara çıxaracaq kadrları bu gün axşam saat 20:00-da “AzTV Xəbər”in axşam buraxılışında izləyə bilərsiniz.

CANLI YAYIM