Yaxşılıq etməkdən mənəvi rahatlıq tapanlar - AzTV-nin sosial çarxında - EKSPERİMENT

Yaxşılıq etməkdən mənəvi rahatlıq tapanlar - AzTV-nin sosial çarxında - EKSPERİMENT

5 Aprel, 11:50 Sosial mediada paylaşın:

Başqalarına yaxşılıq etməkdən mənəvi rahatlıq tapanlar seçilmiş, nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə insanların saf düşüncə və pak əməllərində gerçəyə çevrilir. Yalnız yüksək mənəviyyatlı insanlar öz əməlləri ilə gələcək nəsillərə örnək ola bilər.

Azərbaycan Televiziyasının bu günlərdə orucluqla bağlı çəkdiyi sosial çarx buna əyani misaldır. Çarxda oruc tutan adamın ehtiyac üzündən adi su ilə iftar etməsini və bununla kifayətlənməsini görən insanların ona necə köməklik göstərmələri öz əksini tapır. Xeyirxah, nəcib, saf insanlar bu köməkliyi özləri üçün mənəvi borc hesab edirlər.

Göründüyü kimi, cəmiyyətdə xeyirxah insanlar dünən də var idi, bu gün də var, sabah da olacaq.

Allah tutduğunuz orucu qəbul eləsin!  

CANLI YAYIM