Kamçatkada Şiveluç vulkanı püskürüb, nəticədə yaranan kül buludu 500 kilometr şimal-qərbə doğru yayılıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.
“Kül buludu Şiveluçdan 500 kilometr şimal-qərbə doğru uzanır və yayılmağa davam edir. Hazırda Ust-Kamçatski vilayətinin Klyuçi və Kozırevsk kəndlərində kül yağıntıları intensivləşir”, - institutun direktoru Aleksey Ozerov bildirib.