AzTV-də “Sənli günlərin xatirəsi” adlı kitabın təqdimat mərasimi keçirilib

AzTV-də “Sənli günlərin xatirəsi” adlı kitabın təqdimat mərasimi keçirilib

13 Aprel, 09:28 Sosial mediada paylaşın:

"Azərbaycan Televiziya və Radio Verilişləri QSC"də “Sənli günlərin xatirəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kitab AzTV-nin rejissoru, koronavirusdan dünyasını dəyişən Samir Nemətzadənin ömür yoluna və peşəkar fəaliyyətinə həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Samir haqqında xatirələrini bölüşüb. Daha sonra mərhum rejissorun qardaşı Emin Nemətzadə çıxış edərək kitabın təqdimat mərasimini keçirdiklərinə görə, AzTV kollektivinə təşəkkür edib.

Görüşdə Samir Nemətzadənin oğlu da iştirak edib.

CANLI YAYIM