Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü olub

Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü olub

30 Aprel, 09:33 Sosial mediada paylaşın:

Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü olub.

Tbilisidə təşkil olunan “Cənubi Qafqazda sülh və medianın rolu” adlı toplantı çərçivəsində reallaşan görüşdə Azərbaycanın Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, news.az portalının redaktoru Adnan Hüseyin, AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov, İrəvanın “Armninform” agentliyinin direktoru Emmanuel Mkrtçyan, bu agentliyin şef redaktoru Zaruhi Qukasyan, “Arqumentı i Faktı” qəzetinin əməkdaşı Miranda Oganezova iştirak ediblər.

Görüşdə 44 günlük müharibədən sonra regionda yaranmış vəziyyət, iki ölkə arasında davamlı sülhə nail olmaq və uzunmüddətli sülh müqaviləsinin imzalanması istiqamətində jurnalistlərin rolu və digər məsələlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında davamlı sülhə nail olunması üçün səylərin artırılmasının, jurnalistlərin daha intensiv görüşlərinin təşkilinin, birgə mədəni tədbirlərin keçirilməsinin, eləcə də dezinformasiyalara qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyini qeyd ediblər.

CANLI YAYIM