Ulu Öndər milli təhlükəsizliyimizi necə təmin etdi? - AZTV-DƏ “GENERALIN PLANI”

Ulu Öndər milli təhlükəsizliyimizi necə təmin etdi? - AZTV-DƏ “GENERALIN PLANI”

11 May, 14:15 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı sənədli film hazırlayıb.

“Generalın planı” sənədli filmində Ulu Öndərin milli təhlükəsizliyimizi necə təmin etməsindən bəhs olunur.

DTX-nın sifarişi əsasında Azərbaycan Televiziyasının hazırladığı “Generalın planı” sənədli filmi ilə tamaşaçılar Heydər Əliyevin həyat yoluna bir daha nəzər salmaq, Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərlə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.

Filmin ssenari müəllifi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev, quruluşçu rejissoru isə Elnur Məmmədovdur.

CANLI YAYIM