Akademik Milli Dram Teatrına bədii rəhbər, Beynəlxalq Muğam Mərkəzinə isə direktor təyin edilib

Akademik Milli Dram Teatrına bədii rəhbər, Beynəlxalq Muğam Mərkəzinə isə direktor təyin edilib

13 May, 16:13 Sosial mediada paylaşın:

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar artist, tarzən Sahib Paşazadə isə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.

S. Paşazadə isə “Tərəqqi” medalı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir. Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

CANLI YAYIM