Tanınmış teleaparıcı Dilarə Səlim BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

Tanınmış teleaparıcı Dilarə Səlim BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

17 May, 11:58 Sosial mediada paylaşın:

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası arasında bağlanmış anlaşma memorandumu çərçivəsində növbəti ustad dərsi keçirilib.

Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşən tanınmış teleaparıcı Dilarə Səlim təməl peşə prinsipləri, televiziya jurnalistikasının özəllikləri barədə geniş məlumat verib. Ustad dərsində məlumatın çatdırılmasında jurnalistin istifadə etdiyi metodlar, həmçinin aparıcılıq işinin xüsusiyyətləri müzakirə olunub.

Dilarə Səlim peşəkar jurnalist kimi yetişmək üçün öncə təhsilin, daha sonra mütaliənin və öz üzərində daim çalışmağın vacib olduğunu vurğulayıb.

İnteraktiv şəraitdə keçən görüşdə qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

CANLI YAYIM