Qarabağa səyahət üçün biletlər satışa çıxarılır

Qarabağa səyahət üçün biletlər satışa çıxarılır

26 May, 16:19 Sosial mediada paylaşın:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər mayın 29-da, saat 12:00-da satışa çıxarılacaq.

Bu barədə nazirliyə istinadən xəbər verir.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci ildə istifadəyə verilib. Bu günə qədər 549 reys həyata keçirilib, 22 287 nəfər işğaldan azad olunmuş əraziləri ziyarət edib.

CANLI YAYIM