AzTV-nin Teleradio Akademiyasında buraxılış tədbiri keçirilib

AzTV-nin Teleradio Akademiyasında buraxılış tədbiri keçirilib

3 İyun, 08:14 Sosial mediada paylaşın:

AzTV-nin Teleradio Akademiyasının 5-ci buraxılış mərasimi keçirilib.

Son tədris ili üçün müsabiqə mərhələsinə 300 nəfər CV göndərib, 210 nəfər müsahibəyə çağırılıb, onlardan 57 nəfər müsabiqəyə qatılıb. 42 nəfər tədris ilini uğurla bitirərək sertifikatla mükafatlandırılıb. Hər birinə xeyirli olsun.

Qeyd edək ki, Teleradio Akademiyasının 5 buraxılış ili ərzində ümumilikdə 1856 nəfər müsabiqəyə CV göndərib, 306 müdavimə sertifikat verilib, 51 nəfər isə QSC-də işlə təmin olunub.

CANLI YAYIM