İsrailin Azərbaycana yeni təyin edilmiş səfiri Corc Dikin ölkəyə gələcəyi tarix məlum olub.
İsrailin Azərbaycandakı səfirliyindən AZTV.AZ-a verilən məlumata görə, Corc Dik noyabrın 21-də Azərbaycana gələcək.
Qeyd edək ki, səfir bu vəzifədə Dan Stavı əvəz edəcək.