Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

22 Mart, 07:43 Sosial mediada paylaşın:

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi olub.

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, püşkatmanın nəticələrinə əsasən, cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Milli komanda yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq. Martın 22-24-də təşkil olunacaq yarış Bakı vaxtı ilə saat 09:00-da start götürəcək.

Qadınlar

-48 kiloqram

Leyla Əliyeva - Katharina Tanzer (Avstriya)

-52 kiloqram

Gültac Məmmədəliyeva - Leonye Qonzalez (Fransa) / Binta Ndyaye (İsveçrə) görüşünün qalibi ilə

-57 kiloqram

Acelya Toprak - Nino Loladze (Gürcüstan)

Fidan Əlizadə - İrina Zueva (Fərdi Neytral İdmançılar) / Qvantsa Mtçedlişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə

Kişilər

-60 kiloqram

Balabəy Ağayev - Vicay Kumar Yadav (Hindistan)

Turan Bayramov - Kvanq cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) qarşılaşmasının qalibi

-66 kiloqram

Ruslan Paşayev - Qiqi Otyaşvili (Gürcüstan)

Rəşad Yelkiyev - Olu Kubaniçbek Aybek (Qırğızıstan)

-73 kiloqram

İbrahim Əliyev - Mark Xristov (Bolqarıstan)

-81 kiloqram

Məhərrəm İmamverdiyev - Asad Masabirov (Qırğızıstan)

Ömər Rəcəbli - Tomas Morales (Argentina)

-90 kiloqram

Elcan Hacıyev - Camal Petqrave (Böyük Britaniya) / Davit Ağasaryan (Amerika Birləşmiş Ştatları)

Vüqar Talıbov - Aleks Barto (Slovakiya)

+100 kiloqram

Uşanqi Kokauri - Marvin Qadeo (Monako)

Camal Qamzatxanov - Şoxruxxon Baxtiyorov (Özbəkistan).

CANLI YAYIM