Azərbaycan hərbçiləri Pakistanda

Azərbaycan hərbçiləri Pakistanda

23 Mart, 10:45 Sosial mediada paylaşın:

Pakistanın "Milli Gün"ü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edir.

1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə milli bayram qeyd olunur.

Əlamətdar gün münasibətilə Pakistan Silahlı qüvvələri tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsindən biridir.

Qeyd edək ki, hərbi parad bu dəqiqələrdə artıq başlayıb.

CANLI YAYIM