Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər

Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər

13 Aprel, 09:02 Sosial mediada paylaşın:

Ermənistanın Geğarkunik mərzində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Armeniya”ya təsdiqləyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.

CANLI YAYIM