Türk Dövlətləri Günü keçirilib

Türk Dövlətləri Günü keçirilib

26 Aprel, 11:51 Sosial mediada paylaşın:

Bu günlərdə Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Beynəlxalq Türk Akedmiyası, Beynəlxalq Türk Mədəniyyəti və "Miras" Fondunun təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində və Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Türk Dünyası Mədəniyyəti Günləri, eyni zamanda Türk Dövlətləri Günü keçirilmişdir.

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Azərbaycanın da qatıldığı tədbirdə ölkəmizi xanəndə Nisbət Sadrayeva, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov təmsil edib.

Qeyd edək ki, xanəndə Nisbət Sadrayeva Beynəlxalq Müsabiqələr qalibi, Beynəlxalq Muğam Mərkəzinin solisti, tarzən Ruslan Zərbaliyev Beynəlxalq Müsabiqələr qalibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Baş müəllimi, eyni zamanda, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti, kamança ifaçısı Pərviz Fərhadov isə Beynəlxalq Müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti, eləcə də Beynəlxalq Türk Dünyası Gənclər Şürasının üzvüdür.

CANLI YAYIM