Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilib

Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilib

15 May, 14:15 Sosial mediada paylaşın:

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak ediblər.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

CANLI YAYIM