Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

22 May, 08:55 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Birinci vitse-prezident bununla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

CANLI YAYIM