Macarıstan “Şahdəniz” qaz-kondensat yatağında 5 % pay alıb

Macarıstan “Şahdəniz” qaz-kondensat yatağında 5 % pay alıb

6 İyun, 09:14 Sosial mediada paylaşın:

Macarıstan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” dəniz qaz-kondensat yatağı üzrə hasilatın pay bölgüsü sazişində 5 %-lik pay alıb.

Macarıstan şirkəti “Şahdəniz”dəki payı “Cənub Qaz Dəhlizi” QSC-dən (SGC) alıb.

Bundan əlavə, şirkət “Şahdəniz”dən təbii qazın satışı ilə məşğul olan “Azerbaijan Gaz Supply Company Limited”də (AGSC) daha 4 %-lik pay alıb.

Sövdələşmə bir neçə ay ərzində tamamlanacaq.

Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

CANLI YAYIM