Metronun “28 May” stansiyasının qarşısında təmir-yenidənqurma işlərinə başlanılıb

Metronun “28 May” stansiyasının qarşısında təmir-yenidənqurma işlərinə başlanılıb

15 İyun, 09:32 Sosial mediada paylaşın:

Paytaxt Bakıda ümumi sahəsi 3,5 hektar olan ərazidə metronun “28 May” stansiyasının və Bakı Dəmiryol Vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.

CANLI YAYIM