Qəzzada ölən fələstinlilərin sayı 37,3 min nəfəri keçib

Qəzzada ölən fələstinlilərin sayı 37,3 min nəfəri keçib

17 İyun, 10:35 Sosial mediada paylaşın:

İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37 min 300-ü keçib.

Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən ilin oktyabr ayının əvvəlindən İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 37 min 337 nəfərə çatıb, 85 min 299 nəfər isə yaralanıb.

Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 41 fələstinli ölüb, daha 102 nəfər isə yaralanıb.

CANLI YAYIM