Paşinyan öz istefası ilə bağlı parlamentin iclasında iştirak etməyəcək

Paşinyan öz istefası ilə bağlı parlamentin iclasında iştirak etməyəcək

18 İyun, 08:08 Sosial mediada paylaşın:

Ermənistanın hakim partiyası parlamentin Baş nazir Nikol Paşinyanın istefasını müzakirəyə çıxaracağı növbədənkənar iclasda iştirak etməyəcək.

İclasın baş tutması üçün yetərincə səs toplanmayıb.

Bundan əvvəl parlamentin spikeri Alen Simonyan bildirib ki, 4 saat ərzində lazımi sayda səs toplanarsa, iclas davam etdiriləcək.

Qeyd edək ki, 107 deputatı olan parlamentdə Paşinyan fraksiyasının 71 mandatı var. Müxalifət ötən həftə parlamentdə hökumətin istefası və yeni parlamentin formalaşdırılması ilə bağlı təklif səsləndirib.

CANLI YAYIM