Ceyhun Bayramov Somalidən olan həmkarı ilə görüşüb

Ceyhun Bayramov Somalidən olan həmkarı ilə görüşüb

26 İyul, 12:15 Sosial mediada paylaşın:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə geniş tərkibdə görüşüb.

Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Onlar əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və s. potensialından istifadə mexanizmləri barədə fikir mübadiləsi aparıb, BMT, Qoşulmama Hərəkatı, İƏT daxilindəki əməkdaşlıq barədə danışıblar.

Qeyd olunub ki, COP29-a sədrlik Azərbaycanın mühüm fəaliyyət platformalarından biridir.

Görüş zamanı, həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.

CANLI YAYIM