Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir

Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir

12 Oktyabr, 11:25 Sosial mediada paylaşın:

Bakıda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 60 qərarın qəbul ediləcəyi gözlənilir.

Bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

Baş danışıqçı bildirib ki, bunlardan əsasları iqlim maliyyəsi və karbon bazarlarının formalaşmasıdır.

Y.Rəfiyevin sözlərinə görə, bu iki qərarın qəbulu tarixi nailiyyət olacaq.

CANLI YAYIM