Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumuna sədr təyinatı ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.