UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Qarabağ" bu gün səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.
Bodo şəhərindəki "Aspmira" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Matçın baş hakimi portuqaliyalı Luiş Qodinyu olacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi
IV tur
7 noyabr
21:45. "Budyo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Luiş Qodinyu (Portuqaliya).
Bodo, "Aspmira" stadionu.
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda "Tottenhem"ə (İngiltərə) 0:3, "Malmö"yə (İsveç) 1:2, "Ayaks"a (Niderland) 0:3 hesabı ilə məğlub olub.