COP29: Dünyanı birləşdirən Azərbaycan - FOTOREPORTAJ

COP29: Dünyanı birləşdirən Azərbaycan - FOTOREPORTAJ

16 Noyabr, 09:23 Sosial mediada paylaşın:

İmperator Yuli Sezarın vaxtında belə bir söz var idi: “Bütün yollar Romaya aparır”. İndi desək ki, bütün yollar Bakıya gətirir, yəqin ki, heç bir mübaliğəyə yol vermərik. Günçıxandan günbatana, şimaldan cənuba dünyanın bütün ölkələrinin ən nüfuzlu nümayəndələri, bəşəriyyətin başı üstünü alan ekoloji fəlakətin qarşısını almağa can yandıran hər kəs bu günlərdə Azərbaycanın paytaxtına toplaşıb. Onların arasında demək olar ki, bütün millətlərin nümayəndələri, hər dinə, hər irqə məxsus insanlar var. Bu gün onların hamısını bir məsələ - 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasına nail olmaq kimi qlobal bir məsələ düşündürür və birləşdirir.

Xəritədə tutduğu yer böyük olmasa da, Odlar Yurdu xeyirxah niyyəti ilə bu günlərdə dünya ölkələrinin iqlim mütəxəssisləri və ekoloqların cəm olduğu məkana çevrilib. Bu gün Azərbaycan paytaxtı bir mərkəz kimi qlobal istiləşmə ilə əlaqədar bütün bəşəriyyəti narahat edən, onları həmin təhlükə ilə üz-üzə qoyan problemdən çıxış yolları axtarır: Necə etməli ki, bəşəriyyət fəlakətlə üzləşməsin, isti ocağımız buz kimi soyumasın, növrağımız pozulmasın, körpələrimiz gözüyaşlı qalmasın?

Mərkəzi Avropadan, okeanın o tayından, Avstraliyadan, Uzaq Afrikadan, ada dövlətlərindən gələn hər kəsi birləşdirən budur...

COP29-da 196 ölkədən nümayəndə iştirak edir. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var.

COP29-un iştirakçıları ilə bağlı fotoreportajı təqdim edirik.

CANLI YAYIM