İspaniyanın "Barselona" klubunun və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Dünya çempionu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video paylaşıb.
O, Bakıya təşəkkür edib və növbəti il COP30-un ölkəsində keçiriləcəyini xatırladıb.
Qeyd edək ki, noyabrın 12-də Azərbaycana gələn əfsanəvi futbolçunun səfəri bu gün başa çatıb.