COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22 Noyabr, 11:42 Sosial mediada paylaşın:

Noyabrın 21-də COP29 iqlim sammitinin əsas tədbiri platformasında “Nizami” konfrans zalında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) danışıqlar qrupları iştirakçılarının Qurultayı keçirilib.

Qurultayı COP29-un Prezidenti Muxtar Babayev açıb. O, nazirlərin uzun sürən məsləhətləşmələrinin və müvafiq qrupların işinin nəticəsi olan yekun sənəd layihəsinin hazırlandığını açıqlayıb.

M. Babayev konfransı cümə günü saat 18:00-a qədər başa çatdırmaq məqsədinə nail olmaq üçün Qurultay iştirakçılarını layihəni dəstəkləməyə çağırıb.

Sonra COP29-un baş danışıqçısı Yalçın Rəfiyev sənəd layihəsini Qurultay iştirakçılarına təqdim edib. O, mətnin 25 səhifədən 10 səhifəyə endirildiyini və sözügedən sənədin bu işdə iştirak edən hər kəsin səyinin məhsulu olduğunu bildirib. Y.Rəfiyev, həmçinin tərəfləri xüsusilə təsirin yumşaldılması yolunda (iqlim dəyişikliyinin mənfi nəticələrinin azaldılması üzrə tədbirlər) maksimalist yanaşmadan imtina etməyə çağırıb.

Daha sonra Muxtar Babayev iştirakçıları təqdim olunan layihə ilə bağlı fikirlərini bildirməyə dəvət edib.

Tədbirdə ən əks mövqeləri ifadə edən iştirakçılar - tənqidi yanaşmadan tutmuş dəstəyi ehtiva edən fərdi paraqraflara qədər fikirlərini bildirənlər çıxış ediblər. Sənəd layihəsi ilə bağlı rəy bildirənlər arasında demək olar ki, bütün milli nümayəndə heyətlərinin, eləcə də Avropa İttifaqının nümayəndələri də olublar.

Xüsusilə, Uqanda və Türkiyədən olan nümayəndələr Azərbaycanın Sədrliyinin gərgin işinə heyran olduqlarını bildiriblər və həmkarlarını yekun sənədi hazırlamadan Bakını tərk etməməyə çağırıblar.

Pakistan, Boliviya və digər inkişaf etməkdə olan dövlətlərin nümayəndələri inkişaf bu ölkələrin ayrılmış vəsaitlərə çıxışının olması barədə razılığa gəlməyə çağırıblar.

CANLI YAYIM