Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub

7 Dekabr, 09:11 Sosial mediada paylaşın:

Almaniyanın Münhen şəhərində azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə Münhendə yaşayan Azərbaycan və yəhudi diasporlarının fəalları, mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimatda çıxış edən filmin rejissoru Azərbaycanda dövlət səviyyəsində uğurla həyata keçirilən etnik birgəyaşayışın əhəmiyyətindən danışıb.

R.Əsədov filmdə Azərbaycanda yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları ölkəyə sonsuz məhəbbətlərinin, Ana Vətənə bağlılıqlarının tərənnüm olunduğunu vurğulayıb.

O həmçinin ekran əsərinin dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs etdiyini bildirib.

Qeyd olunub ki, film Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işidir.

CANLI YAYIM