Güclü külək əsəcək, qar yağacaq

Güclü külək əsəcək, qar yağacaq

24 Fevral, 14:52 Sosial mediada paylaşın:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

CANLI YAYIM