“WhatsApp”da koronavirusla bağlı yayılmış səs yazısı barədə rəsmi açıqlama

“WhatsApp”da koronavirusla bağlı yayılmış səs yazısı barədə rəsmi açıqlama

24 Fevral, 15:08 Sosial mediada paylaşın:

Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir.

Bu barədə Səhiyyə Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydığı məlumatda deyilir.

Məlumatın həqiqətə uyğun olmadığını xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Xatırladaq ki, sözügedən səs yazısı əvvəlcə “WhatsApp” tətbiqində, daha sonra isə sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayrılmış dövlət tibb müəssisələrinə yerləşdirilirlər. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

CANLI YAYIM