Təlimlərdə Azərbaycan Ordusu döyüş təcrübəsini artırıb

Təlimlərdə Azərbaycan Ordusu döyüş təcrübəsini artırıb

25 May, 12:10 Sosial mediada paylaşın:

Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə, başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.

CANLI YAYIM