Aydın Talışınski: “İki saatlıq icazə o demək deyil ki, mütləq iki saat gəzməliyik”

Aydın Talışınski: “İki saatlıq icazə o demək deyil ki, mütləq iki saat gəzməliyik”

2 İyul, 23:29 Sosial mediada paylaşın:

"Dövlətimiz üçün əhalinin sağlamlığı prioritetdir. Təkcə xəstəlik deyil, eyni zamanda vətəndaşların psixoloji durumu da ölkə üçün əhəmiyyətlidir. Ona görə də, zaman-zaman karantin yumşaldılır və yaxud da sərtləşdirilir".

Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Koronavirus İnfo" verilişinin "Ekspert rəyi" rublikasında Xüsusi Tibb Xidməti Xüsusi Müalicə - Sağlamlıq Kompleksinin Lor cərrahı Aydın Talışınski deyib. O bildirib ki, pandemiya ilə mübarizə təktərəfli deyil, dövlətlə xalqın inteqrasiyası ilə mümkündür: "Xalq dövlətin mübarizə tədbirlərinə dəstək verməlidir, hansı ki, böyük ölçüdə bu dəstək var. Sadəcə, bəzi istisnalar mövcuddur ki, az-az insanlar karantin qaydalarına əməl etmirlər. Bu da təəssüf doğurur. Bəzi ölkələrdə karantin yumşaldılır, bizdən kimlərsə deyir ki, niyə Azərbaycanda da yumşaldılmır. Məsələ heç də belə deyil. O ölkələrin iqtisadiyyatı zəifdir, iqtisadi sistemləri çökdüyü üçün məcbur olub yumşalmaya gedirlər. Ümumiyyətlə, bir şeyi anlamaq lazımdır ki, pandemiya dövründə karantinin bitməsi anlayışı yoxdur. Bir neçə ölkə yenidən sərtləşdirmə tədbirlərinə başlayır. Bu günkü vəziyyət onu göstərir ki, Azərbaycanda karantin rejimini sərtləşdirməyə və uzatmağa ehtiyac var". Talışınskinin sözlərinə görə, heç kim düşünməsin ki, karantinin sərtləşdirilməsi hansısa bir vətəndaşa görədir, onun həyatını sərtləşdirmək üçündür: "Xeyir, bu virusu məhv etmək üçün görülən tədbirdir. Qanunların ruhunu, fəlsəfəsini hiss etməliyik. Bundan sonra qanuna əməl etməyimiz asan olacaq. Məsələn, iki saatlıq icazə o demək deyil ki, mütləq iki saat gəzməliyik. Kiməsə bir saat kifayət edirsə bir saata işlərini görsün. Piyada getmək mümkündürsə ictimai nəqliyyatdan istifadə etməsin. Yəni ki, məqsəd virusun qarşısını almaqdır, vətəndaş da öz məsuliyyətini dərk etməlidir".

CANLI YAYIM