Bu ilin 7 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3 milyon 90 nəfər olub.
Onların 2 milyon 600 mini Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin göstəricisindən 9% çoxdur.
Yanvar-iyul ayları ərzində 367 min sərnişin axını ilə Naxçıvan aeroportu sıxlıq üzrə ikinci, 85 min sərnişinlə xidmətlə Gəncə aeroportu isə üçüncü olub. Bu müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways”lə müvafiq olaraq 1 milyon 100 min və 306 min sərnişin daşınıb.
Hazırda 33 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir.
Aztv.az