Gürcüstanda “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatı yaradılıb. Təşkilatın əsas fəaliyyət istiqaməti Qafqazda sülh quruculuğuna dəstək verməkdir. Tədbirdə “Ümuqafqaz Evi”nin bölgədə münaqişə tərəfləri arasında dialoqun genişləndirilməsi istiqamətində fəaliyyətinə dəstək vermək çağırışı ilə beynəxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu, Cənubi Qafqaz ölkələrinin ziyalıları və ictimaiyyətinə müraciət qəbul olunub.
Sentyabrda isə Qurumun Tbilisidə təsis qurultayının keçirilməsi nəzərdə tutulub. Toplantıya ictimai-siyasi xadimlər və sülh quruculuğu sahəsində fəaliyyət göstərən təşkilatlar dəvət olunacaqlar.