Qəhvə ehtiyacdır, mədəniyyət, ya dəb? - REPORTAJ

Qəhvə ehtiyacdır, mədəniyyət, ya dəb? - REPORTAJ

20 Avqust, 11:13 Sosial mediada paylaşın:

İnsanların qəhvəyə olan təlabatının günbəgün artması səbəblərini araşdırmaq qərarına gəldik. Bu içkiyə təlabatın artması mütəxəssislərin fikrincə orqanizmin kofeinə olan ehtiyacından irəli gəlir.
Beynəlxalq Qəhvə Təşkilatının hazırladığı hesabata görə dünyada ən çox qəhvə içən ölkə ABŞ-dır. Bu ölkədə ildə 1,5 milyon ton qəhvə Istehlak olunur. İkinci yerdə 1,3 milyon tonla Braziliya, üçüncü yerdə isə 465 min tonla Yaponiya dayanır.
Qəhvənin tarixinə nəzər saldıqda görürük ki, bir çəyirdəkdən onlarla növ içkinin hazırlanması əsrlərlə zaman alıb. Keçmişdən bu günə yalınız tünd dadlı içki deyil, həm də bir mədəniyyət daşınıb. Qovrulmuş dənələrin sehrli ətri Şərqi Afrikadan ilk olaraq Yəmən və Ərəbistana, sonra isə Asiya və Mərkəzi Amerikaya yayılıb.

Dünyada ilk qəhvə mağazası (cofee shop) Konstantinopolda olub. Avropaya isə bu mədəniyyət Vyanadan yayılıb. Ümumiyyətlə dünyaya qəhvə ixrac edən, yayan ərəblər olub. Azərbaycanda isə qəhvə mədəniyyəti demək olar ki, son 10 ildə yaranıb.

Bəzi mütəxəssislərin fikrincə qəhvə içmək hal-hazırda bir dəb halını alıb. Müşahidələrimiz onu göstərir ki, qəhvə içən gənclərin sayı əvvəlki vaxtlara baxanda xeyli artıb.

Dünyada qəhvənin 50-yə yaxın növü var. Qəhvə elə bir içkidir ki, onu portağal qabığında bişirməkdən tutmuş, Hindistan yağı ilə qarışığına qədər istənilən cür hazırlamaq olar. Mütəxəssislər deyir qəhvəni südlə tamamlamaq onun tərkibindəki kofeini azaltmaq məqsədi daşıyır. Kofein sinir sisteminə müsbət təsiri ilə tanınır. Ancaq bu içkinin böyük həcmdə qəbulu təhlükəlidir.

Türkiyədə belə bir atalar sözü var. Deyirlər bir fincan qəhvənin 40 il xətri qalır. İçkinin yaratdığı xətir-hörmət barədə danışmaq çətindir. Ancaq əminliklə deyə bilərik ki, belə getsə qəhvənin Azərbaycanda böyük gələcəyi olacaq.

CANLI YAYIM