aztv-banner
GƏNCLİK

2X2

Azərbaycan Televiziyası gəncliyimizə və gənclərimizə dəstək üçün "2×2" - Gənclər üçün maarifləndirici tok-şounu ərsəyə gətirib. Proqramın qonaqları əsasən gənclərdir.
Uğur qazanmağın rəhnində nə dayanır? Karyerada yüksəlişin əsası nədir? və gəncləri maraqlandıran digər suallara bu verilişdə cavab tapmaq mümkündür.
Layihədə şəxsi təcürəbəsindən çıxış edən spikerlər auditoriya ilə təmasa girərək onların suallarını cavablandırır.
Qeyd edək ki, diskussiya xarakterli tok-şouya hazırlıqlı gənclər qatılır, öz düşüncələrini, mövqelərini göstərir, arqumentləri ilə spikerlə mübahisəyə girə bilir. Zira uğur qazanmağın vahid formulu yoxdur, kimi üçün müşkül sayılan, kimi üçün 2×2 ola bilər. Necə deyərlər, kiminə tərz olan, kiminə tərs olar.
"2×2" maarifləndirici tok-şousunu Azərbaycan Televiziyasında izləməyə dəyər!
"Xüsusi Layihələlər studiyası"nın komandası yeni layihəsi ilə hər kəsi maraqlı diskussiyalara dəvət edir.

15:00 / Şənbə

CANLI YAYIM