Beşbarmaq qalasının 4 qala bürcündən ikisi aşkarlanıb

Beşbarmaq qalasının 4 qala bürcündən ikisi aşkarlanıb

5 Yanvar, 11:00 Sosial mediada paylaşın:

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhəd və mühafizə zonasının müəyyən olunması, qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və turistlər tərəfindən ziyarət olunan əsas mədəni irs obyektlərinin elmi-arxeoloji cəhətdən tədqiq olunması üçün ilkin arxeoloji kəşfiyyat işlərinə və elmi tədqiqatlara başlanılıb.

Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə bir sıra vacib elmi nəticələr əldə edilib.

İlk dəfə aparılmış elmi tədqiqatların əsas məqsədi tarixi Beşbarmaq qalasının, onun yaxınlığında yerləşən tarixi qəbiristanlığın, orta əsrlərə aid karvansaranın, Sasani dövrünə aid müdafiə səddinin və digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirmək, bölgənin gələcəkdə mədəni turizm perspektivləri üçün abidələri tədqiq edərək təkliflər hazırlamaq olub.

İlkin tədqiqatlar nəticəsində Beşbarmaq qala tikililərinin və mənbələrdə adı çəkilən 4 qala bürcündən ikisinin yeri tapılıb, Narın qalanın daxilindəki tikililərin ikisi açılaraq yeri və təyinatı haqqında bəzi elmi nəticələr əldə edilib.

CANLI YAYIM