Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya işgüzar səfərə gedəcək.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Ceyhun Bayramovun bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası - Türkiyə Respublikası - Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.