Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

23 Fevral, 15:38 Sosial mediada paylaşın:

Azərbaycanda daha 223 nəfər koronavirusa yoluxub, 176 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 233 min 424 nəfər koronavirusa yoluxub. Onlardan 228 min 12-si müalicə olunaraq sağalıb, 3204 nəfər vəfat edib. Aktiv xəstə sayı 2208-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8043, ümumilikdə isə 2 milyon 563 min 101 test aparılıb.

CANLI YAYIM